

Şahbuz rayon İcra Hakimiyyətində “Yetkinlik yaşına çatmayanlar tərəfindən və ya onlara qarşı törədilən hüquqpozmaların vaxtında qarşısının alınması və bu sahədə profilaktiki işlərin kəsərliliyinin artırılması” mövzusunda tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə --“Yetkinlik yaşına çatmayanlar tərəfindən və ya onlara qarşı törədilən hüquqpozmaların vaxtında qarşısının alınması və bu sahədə profilaktiki işlərin kəsərliliyinin artırılması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Mahir Babayev giriş sözü ilə çıxış edərək mövzu ilə bağlı fikirlərini bildirib.
Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov , Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli, Şahbuz rayon İcra Hakimiyyətinin əməkdaşı Nurlan Nəcəfzadə və Şahbuz rayon Təhsil şöbəsinin müdiri Elşən Babayev mövzu ilə bağlı çıxış edərək - Cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslərin başa düşüldüyünü, yetkinlik yaşına çatmayanların törətdikləri cinayətlər üzrə məhkəməyədək icraatın isə yalnız ibtidai istintaq şəklində aparıldığını və Törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı
1. yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün); 2.həyat və tərbiyə şəraiti;
3. fiziki intellektual və əqli inkişaf səviyyəsi; 4. törətdiyi cinayətdə digər iştirakçılar olduqda onun barəsində cinayət işinin icraatının ayrılmasının mümkünlüyünün müəyyən edilməli olduğunu bildiriblər.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.