

Şərur rayon prokurorluğunun əməkdaşı məktəblilərlə "Konstitusiya və Suverenlik İli” mövzusunda maarifləndirici tədbir keçirib.
Şərur rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Aralıq kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru və digər məsul şəxslər iştirak ediblər.
Şərur rayon prokurorluğunun böyük müstəntiqi kiçik ədliyyə müşaviri Jailə İbrahimova "Azərbaycanın hüquqi və dövlətçilik inkişafı" mövzusunda çıxış edib.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.