Şərur rayon prokurorluğunun əməkdaları məktəblilərlə "Ușaqları zərərli informasiyadan necə qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirib.

Şərur rayon prokurorluğunun əməkdaları məktəblilərlə "Ușaqları zərərli informasiyadan necə qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirib.

Şərur rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Cəlilkənd kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru və digər məsul şəxslər iştirak ediblər.
Şərur rayon prokurorluğunun böyük müstəntiqi
I dərəcəli hüquqşünas Nurlan Əhmədli və rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajoru Nazlı İsmayılzadə "Ușaqları zərərli informasiyadan necə qoruyaq" mövzusunda çıxış ediblər.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.