Şərur rayon prokurorluğunun əməkdaları məktəblilərlə "Sağlam gələcək naminə narkotikə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirib.

Şərur rayon prokurorluğunun əməkdaları məktəblilərlə "Sağlam gələcək naminə narkotikə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirib.
Şərur rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Mahmudkənd kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru və digər məsul şəxslər iştirak ediblər.
Şərur rayon prokurorluğunun böyük müstəntiqi I dərəcəli hüquqşünas Nurlan Əhmədli və rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajoru Nazlı İsmayılzadə "Narkotik vasitələrə qarşı mübarizə hər birimizin borcudur" mövzusunda çıxış ediblər.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.