Ordubad rayon prokurorluğunun əməkdaşları məktəblilərlə "Hərbi vətənpərvərlik” mövzusunda maarifləndirici tədbir keçirib.

Ordubad rayon prokurorluğunun əməkdaşları məktəblilərlə "Hərbi vətənpərvərlik” mövzusunda maarifləndirici tədbir keçirib.

Ordubad rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Xanağa kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru iştirak edib.
Ordubad rayon prokurorunun müstəntiqi III dərəcəli hüquqşünas Tuncay Əsgərli və rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajoru Ülvi Hüseynov " Hərbi xidmətə çağırış, hərbi xidmətdən azad etmə və möhlət verilməsi hüququ" mövzusunda çıxış ediblər.

Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.