Ordubad rayon prokurorluğunun əməkdaşı məktəblilərlə"Konstitusiya və Suverenlik İli-Hüquqi Dövlət Quruculuğunda yeni mərhələ” mövzusunda maarifləndirici tədbir keçirib.

Ordubad rayon prokurorluğunun əməkdaşı məktəblilərlə"Konstitusiya və Suverenlik İli-Hüquqi Dövlət Quruculuğunda yeni mərhələ” mövzusunda maarifləndirici tədbir keçirib.

Ordubad rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Çənnəb kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru və psixoloqu iştirak ediblər.
Ordubad rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas Fərid Orucəliyev "Hüquqi Dövlət Quruculuğunda yeni mərhələ" mövzusunda çıxış edib.

Sonda mövzu ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.