Naxçıvan şəhər prokurorluğunun əməkdaşı məktəblilərlə “ Ailədə uşaqların hüquqları” mövzusunda maarifləndirici tədbir keçirib.

Naxçıvan şəhər prokurorluğunun əməkdaşı məktəblilərlə “ Ailədə uşaqların hüquqları” mövzusunda maarifləndirici tədbir keçirib.

Naxçıvan şəhər prokurorluğunun tədbirlər planına uyğun olaraq şəhər prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə və Uşaq hüquqları aylığına uyğun olaraq tədbir keçirilib. Tədbirdə məktəbin direktoru iştirak edib.
Naxçıvan şəhər prokurorluğunun böyük müstəntiqi I dərəcəli hüquqşünas Amin Məmmədzadə “ Ailədə uşaq hüquqlarının qorunması" mövzusunda çıxış edib .
Sonda mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.