

Naxçıvan şəhər pokurorluğunun əməkdaşları məktəblilərlə “Uşaq hüquqları” mövzusunda maarifləndirici tədbir keçirib.
Naxçıvan şəhər prokurorluğunun tədbirlər planına uyğun olaraq şəhər prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru iştirak edib.
Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri Elməddin Bağırov "Uşaq hüquqlarının Konstitusiya təminatı" mövzusundavə şəhər prokurorluğunun böyük müstəntiqi I dərəcəli hüquqşünas Amin Məmmədzadə "Qəyyumluq və himayəçilik" mövzusunda çıxış ediblər .
Sonda mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.