

Naxçıvan şəhər pokurorluğunun əməkdaşları məktəblilərlə "Erkən nikahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirib.
Naxçıvan şəhər prokurorluğunun tədbirlər planına uyğun olaraq şəhər prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini və digər məsul şəxslər iştirak edib.
Naxçıvan şəhər prokurorluğunun böyük müstəntiqi I dərəcəli hüquqşünas Sərxan Həsənzadə və şəhər prokurorluğunun müstəntiqi II dərəcəli hüquqşünas Fərid Orucəliyev " On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili, cinayət və inzibati məsuliyyət" mövzusunda çıxış ediblər .
Sonda mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.