Naxçıvan Musiqi Kollecində “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” mövzusunda tədbir keçirilib.

Naxçıvan Musiqi Kollecində “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanunvericilikdən irəli gələn vəzifələr və sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin zərərli vərdişlərə aludəçiliyinin profilaktikası” mövzusunda tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Musiqi Kollecinin birgə təşkilatçılığı ilə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanunvericilikdən irəli gələn vəzifələr və sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin zərərli vərdişlərə aludəçiliyinin profilaktikası” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.
Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Mustafa Həsənov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı İsgəndər İsgəndərli və Naxçıvan Dövlət Universitetinin psixoloqu Həcər Ələsgərova mövzu ilə bağlı çıxış edərək - Azərbaycan Respublikası Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Qanunundan, müvafiq fərmanlardan irəli gələn və qarşıya qoyulan vəzifələrdən, həmçinin tütündən istifadənin zərəri, ətraf mühitə tütün tüstüsünün mənfi təsirləri barədə əhalinin məlumatlandırılması, profilaktik tədbirlərin təşkil olunması, ictimai yerlərdə qanunla müəyyən edilmiş tütün məmulatlarından istifadə qaydalarına və qanunalara əməl olunmasını, Təhsil, tibb və sosial xidmət müəssisələrində, ictimai-iaşə obyektlərində, nəqliyyat vasitələrində və iş yerlərində tütün çəkməyə qoyulan qadağalara əməl edilməsinin,Yetkinlik yaşına çatmayan şəxslərə tütün məmulatlarının satışının, habelə tütünün reklamı və təşviqinin qarşısının alınmasının vacibliyini bildiriblər.