

Kəngərli rayon prokurorluğunun əməkdaşı məktəblilərlə "Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirib.
Prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair "Yol Xəritəsi"nin 5.1.1-ci yarımbəndinə uyğun olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar təhsil müəssisələrində tədris məqsədilə "Təmiz gələcək - #YoxDe" adlı proqramların təşkili nəzərdə tutulub.
Kəngərli rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Qabıllı kənd tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə təlim tərbiyə işləri üzrə direktor müavini iştirak edib.
Tədbirdə Kəngərli rayon prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas Səbuhi Abdullayev " Narkomaniyaya yox deyək " başlıqlı mövzu ilə çıxış edib.
Tədbirin sonunda Baş Prokurorluq tərəfindən hazırlanmış maarifləndirici bukletlər şagirdlərə paylanılıb və mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb.