

Culfa rayon prokurorluğunun əməkdaşı məktəblilərlə “ Uşaqların hüquq bərabərliyi” mövzusunda maarifləndirici tədbir keçirib.
Culfa rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə Culfa şəhər 2 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə və Uşaq hüquqları aylığına uyğun olaraq tədbir keçirilib. Tədbirdə məktəbin direktoru iştirak edib.
Culfa rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas Məhəmməd Əliyev “ Uşaqların hüquq bərabərliyi" mövzusunda çıxış edib .
Sonda mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılıb